Hərbi prokuror yol qəzasında öldü

Hərbi prokuror yol qəzasında öldü
27 Yan 2025 11:25

Yanvarın 27-də, saat 07:50 radələrində İrəvan-Gümrü avtomobil yolunda "Toyota Camry" markalı minik avtomobili ilə "Avia" markalı yük maşını toqquşub. 

News365.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, toqquşma nəticəsində 1 nəfər hadisə yerində ölüb. 

Məlum olub ki, ölən şəxs – “Toyota”nın sürücüsü İrəvan sakini, Tavuş Qarnizonu Hərbi Prokurorluğunda prokuror işləyən 29 yaşlı Şuşan Hodabaşyandır. 

Hadisə ilə bağlı Araqatsotn Regional İstintaq İdarəsində cinayət işi başlanıb.