Hərbi komissarlığa "Molotov kokteyli" atdığı üçün 16 il həbsdə yatacaq

Hərbi komissarlığa "Molotov kokteyli" atdığı üçün 16 il həbsdə yatacaq
12:35

Rusiya Ukraynaya hücum edəndən sonra Rusiyada hərbi komissarlıqlara hücum halları artıb. Lakin buna görə sərt cəzalar kəsilir. Məsələn, Yekaterinburqun Mərkəzi Dairə Hərbi Məhkəməsi Rusiya vətəndaşı Aleksey Rojkovu Sverdlovsk vilayətinin Berezovski hərbi komissarlığının yandırılması işi üzrə 16 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə yerli emdiaya FSB-nin regional idarəsinin mətbuat xidməti məlumat verib.


Qeyd olunub ki, həmin şəxs cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.


İstintaqın məlumatına görə, 2022-ci il martın 11-də səhər saatlarında Rojkov adıçəkilən hərbi komissarlığın binasının girişinə “Molotov kokteyli” atıb. O, Rusiya Cinayət Məcəlləsinin terror aktları, terrorizmə bəraət qazandırmaq və Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilə-bilə yalan məlumat yaymaq maddələri ilə ittiham olunub.

Tural


Sizin reklam burada
Sizin reklam burada