Hərbi cani Koçaryan sülh danışıqlarına qarşı çıxdı

Hərbi cani Koçaryan sülh danışıqlarına qarşı çıxdı
11:14

Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan növbəti dəfə sülh prosesinə qarşı çıxıb. O, yeni müsahibəsinin əvvəlində mümkün sülh müqaviləsinə toxunub. Revanşist siyasətçi "sülhdən ciddi bir şey gözləmirəm” deyib.

Hərbi cani Nikol Paşinyanın Albaniyada sərgilədiyi mövqeni də xatırladaraq onu tənqid edib: “Ləyaqət mövzusu baxımından kifayət qədər üzücü olan adi görüntülər idi. Bu, sülh haqqında deyil, Nikol Paşinyan haqqında, onun özünün siyasi mövcudluğunu necə davam etdirməsi ilə bağlı bir növ sənəd tələbi idi. Mən məzmunsuz, daha çox daxili siyasi məqsədlər güdən belə bir sənədin ortaya çıxmasını istisna etmirəm. Bir sözlə, yaxşı heç nə gözləmirəm. Ortada uğursuz bir lider var ki, onun da məqsədi nəyin bahasına olursa-olsun öz siyasi mövqeyini hakimiyyətini saxlamaqdır".

Tural


Sizin reklam burada
Sizin reklam burada