HAMAS lideri Mühəmməd Sinvar ÖLDÜRÜLDÜ

HAMAS lideri Mühəmməd Sinvar ÖLDÜRÜLDÜ
11:26

Radikal Fələstin HAMAS hərəkatının liderlərindən biri olan Mühəmməd Sinvarın meyiti Qəzza zolağının cənubunda yerləşən tunellərdən birində aşkar edilib.

Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, HAMAS-ın sabiq siyasi büro rəhbəri Yəhya Sinvarın qardaşı olan Mühəmməd Sinvar və daha 10 silahlının cəsədi Xan-Yunis şəhərinin altındakı tuneldə tapılıb.HAMAS hərəkatı bu informasiyanı hələlik rəsmi şəkildə şərh etməyib.



Sizin reklam burada
Sizin reklam burada