"Günah valideynlərdədir"- Pediatr

"Günah valideynlərdədir"- Pediatr
16:35

Xəbər verdiyimiz kimi ötən həftə Ağcəbədi rayonunda yeniyetmə 7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurub. Vaktında edilən həkim müdaxiləsi körpənin həyatını xilas etsə də törədilən cinayət hər kəsi şoka salıb.

Çünki cinayəti törədən yeniyetmədəki qəzəb və nifrət hissi hər kəsdə təəccüb və çaşqınlıq yaradıb.

Mövzu ilə bağlı News365.az- a danışan pediatr Vaqif Qarayev deyir ki, 7 yaşlı uşağa 19 bıçaq zərbəsi vurulması ağlasığmaz hadisədir:

“Ən dəhşətlisi də odur ki, bıçaqlayan da uşaqdır... Ola bilər psixi problemi olub o uşağın. Amma uşaqlar niyə bu qədər aqressiv olub son vaxtlar? Ailə tərbiyəsində problem varmı? Var! Mühit aqressivləşibmi? Bəli! Telefondakı aqressiv oyunlar uşaqların psixikasına təsir edirmi? Min dəfə bəli Küçədə, parklarda uşaqların davranışı xoşagələn deyil. Əvvəl belə deyildi. İndi niyə belə olub? Məktəbi qınayaqmı? Məncə, yox! Günün əsas hissəsini uşaq valideynin yanında olur, məktəbdə yox”.

News365.az- a


Sizin reklam burada
Sizin reklam burada