News365.az xəbər verir ki, GTA 6-nın oynanış treylerinin çıxma tarixi mediaya sızdırılıb.
Belə ki, "Rocksar Games"-ın əməkdaşlarından biri gizli saxlanılan tarixi mediaya sızdırıb. Məlumata görə, oynanış treylerinin çıxma tarixi avqust ayına təsadüf edəcək. Bu günədək Oyunun tanıtım videosu yayımlanıb. Lakin videoda oynanışla bağlı heç bir detala yer verilməmişdi.
Qeyd edək ki, "Rocksar Games" şirkətinin GTA 5 məhsulu bütün oyun tarixinin satış rekordlarını alt-üst etmiş, şirkətə fantastik səviyyədə qazanc gətirmişdi.