Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırılıb

Göygöldə təcili yardım avtomobilinin şüşələri sındırılıb
02 İyl 2025 22:30

Göygöl rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası xəstə yaxınları tərəfindən təzyiqə məruz qalıb.

News365.az xəbər verir ki, təcili tibbi yardım maşınının pəncərəsi sındırılıb.

İlkin məlumata görə, xəstənin yaxınları təcili tibbi yardım briqadasının gecikdiyini iddia ediblər. Həkim isə çağırışa zamanında gəldiklərini, çağırışdan bir neçə dəqiqə sonra ünvana çatdıqlarını bildirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.


Sizin reklam burada
Sizin reklam burada