“Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə edəcəyəm”.
News365.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.
“Gələn həftənin sonu Azərbaycan tərəfi ilə görüşüm planlaşdırılır. Görüş zamanı, həmçinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini nəzərdən keçirəcəyik”, - deyə Overçuk bildirib.
O, görüşün Rusiyada olacağını da qeyd edib.