Fransalı futbolçu Azərbaycan klubunda

Fransalı futbolçu Azərbaycan klubunda
13:25

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

News365.az-ın məlumatına görə, klubdan bildirilib ki, fransalı müdafiəçi İmani Barker ilə 4 illik müqavilə imzalanıb. 22 yaşlı oyunçu mövsümün sonuna qədər “Karvan-Yevlax”a icarəyə verilib.

Qeyd edək ki, "Sumqayıt" heyətinə buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhaci, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resendeni qatıb.


Sizin reklam burada
Sizin reklam burada