Ukrayna lideri Vladimir Zelenski Amerika dövlət başçısının Rusiya prezidenti Vladimir Putinlə söhbətindən sonra Donald Trampdan Ukrayna üzrə danışıqlar prosesindən “uzaqlaşmaması” üçün “yalvarıb”. Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.
“O, (Tramp – red.) Moskva və Kiyevi ABŞ-nin vasitəçi qismində iştirakı olmadan razılığa gəlmələri üçün rahat buraxdı... Zelenski isə Amerika liderinə sülhü təmin etmək səylərindən uzaqlaşmamaqla müraciət edərək yalvarıb”, – nəşrin məqaləsində deyilir.
"Financial Times" xatırladıb ki, Tramp belə bir fikirdədir ki, müqavilənin şərtləri yalnız bu iki tərəf tərəfindən razılaşdırıla bilər. Çünki yalnız onlar danışıqların təfərrüatlarını bilirlər və başqa heç kim bunu bilməyəcək.
Mayın 20-də "Bloomberg" diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, Ukrayna və bir sıra Avropa ölkələri Trampın Moskva ilə Kiyev arasında birbaşa danışıqlar planı ilə razı deyil. Qərb belə hesab edir ki, Amerika prezidenti münaqişəni həll etmək üçün “diplomatik səylərdən uzaqlaşır”.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural