Federasiya Şurası Tramp-Putin danışıqlarına münasibət bildirib

Federasiya Şurası Tramp-Putin danışıqlarına münasibət bildirib
10:04

Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev özünün Telegram kanalında diqqət çəkən paylaşım edib. O, bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə apardığı söhbətdən sonra Moskvanın beynəlxalq münasibətlərdə subyekt olmasının dərk edib.

Kosaçev Putinlə Tramp arasında bir gün əvvəl baş tutan söhbəti şərh edərkən qeyd edib ki, danışıqların nəticələrinə əsasən belə bir fikir var ki, iki məsləhət-danışıq qrupu yaranıb. Bunlar sülhün əldə olunmasını müdafiə edən Rusiya-Amerika və münaqişənin davam etdirilməsində israrlı olan Ukrayna-Avropa qruplarıdır.

"Tramp ilk olaraq anladı ki, Rusiyan hamı kimi eyni beynəlxalq münasibətlərin subyektidir. Ümid edirəm ki, o, Ukraynanın obyektə, layihəyə və alətə çevrildiyini də anlayır", - o qeyd edib.

Senator onu da vurğulayıb ki, avropalı siyasətçilər var gücləri ilə Trampı öz qruplarına çəkməyə çalışırlar. Burada isə subyekt Ukrayna, obyekt isə Rusiyadır.

Mayın 20-də "Bloomberg" diqqət çəkən məqalə dərc etmişdi. Nəşr yazıb ki, Ukrayna və bir sıra Avropa ölkələri Trampın Moskva ilə Kiyev arasında birbaşa danışıqlar planı ilə razı deyil. Qərb belə hesab edir ki, Amerika prezidenti münaqişəni həll etmək üçün “diplomatik səylərdən uzaqlaşır”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada