Fazil Mustafadan MÜHÜM TƏKLİF: BƏLƏDİYYƏLƏRİN STATUSU ARTIRILSIN

Fazil Mustafadan MÜHÜM TƏKLİF: BƏLƏDİYYƏLƏRİN STATUSU ARTIRILSIN
12:42

Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi ətrafında müzakirə zamanı komitə sədri Fazil Mustafa çıxış edib.

News365.az-ın məlumatına görə, deputat bələdiyyələrin statusunun artırılmasına zərurət olduğunu bir daha nəzərə çatdırıb.

O, həmkarı Siyavuş Novruzovun böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlı təşəbbüsünü müdafiə edib.

“Heç olmasa Bakıda bunu təmin edə bilərik”, - Fazil Mustafa deyib.

Bələdiyyələrin imkanlarının məhdudluğuna diqqət çəkən deputat qeyd edib ki, qəbiristanlıqların bələdiyyələrə verilməsi məsələsində bələdiyyələr elə də maraqlı olmadılar, çünki qəbiristanlıqların saxlanması üçün vəsait yoxdur.

Fazil Mustafa 2025-ci ildə cəmi 4 bələdiyyə müəssisəsinin yaradılmasını da təəssüflə qeyd edib:

“Bu, minimum imkandır. Onlarla, yüzlərlə müəssisə yaradılmalı idi. 5-10 kriminal fəaliyyət göstərən bələdiyyələrə görə bütün bələdiyyələrin fəaliyyətini iflic etmək olmaz”.


Sizin reklam burada
Sizin reklam burada