Çinli bir kişi dörd ildir ki, işləmək və evlənməkdən imtina edərək mağarada yaşayır. Bu barədə South China Morning Post qəzeti məlumat yayıb.
Əvvəllər taksi sürücüsü işləmiş Sıçuan əyalətindən olan Min Hençay adlı şəxs ayda təxminən 1400 dollar qazanırmış. Lakin, 2021-ci ilin sonunda o, işini tərk edib və doğma bölgəsinə qayıdıb, burada özünəməxsus həyat tərzi sürməyə başlayıb.
"Onun sözlərinə görə, iş onun üçün artıq mənasızlaşıb. Əvvəllər o, bütün borclarını ödəmək üçün gündə 10 saat çalışırdısa, sonda daha bunu edə bilməyəcəyini etiraf edib. Ailəsi artıq borcları ödəmək üçün bütün əmlakı da satıb. Əmlakın ümumi məbləği 42 min dollar olub", - nəşr yazıb.
Min indi mağarada yaşayır ki, onun da yaxınlığında kiçik torpaq sahəsi alıb. Çinli vaxtının çox hissəsini kitab oxumaqla və evinin ətrafında gəzməklə keçirir. O, evliliyi “vaxt və pul itkisi” hesab edərək evlənmək fikrində olmadığını da bildirib.
Tural