"Evin sirrini yaymaq böyük günahdır"

"Evin sirrini yaymaq böyük günahdır"
21:22

"Evin sirrini yaymaq böyük günahdır"

News365.az  xəbər verir ki, bu sözləri tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimov deyib. Ailə dəyərlərinin zəifləməsindən söhbət açan professor bu prosesin cəmiyyət üçün yaratdığı problemləri dilə gətirib.

Təvəkkül Səlimov qeyd edib ki, boşanmaların sayının artması, narkomaniya, məktəbdə şagirdlərin tərbiyəsiz davranışalarının əsas səbəbi ailə tərbuyəsinin zəif olmasıdır. Bu dəyərlərin itirlməsini cəmiyyətimiz üçün böyük təhlükə kimi görən professor təəssüflə qeyd edib ki, gənc ailələrin  böyük əksəriyyəti ailə dəyərlərindən uzaq yaşayır:

"Bu gün tez-tez rast gəlinən məsələlərdən biri də kimlərinsə öz ailə problemini ictimailəşdirməsidir. Buna yol vermək olmaz. Ailə bir qaladır onun içində  olanlar kənara çıxmamalıdır. İstər böyüklər, istərsə də uşaqlar ailənin sözünü başqasına bildirməməlidir. Bu günahdır, abırsızlıqdır, həyasızlıqdır. Adam ac da olar, tox da olar. Bir gün tapar, bir gün tapmaz. Xoş gündə də, pis gündə də birliktdə olmağı bacarmaq lazımdır. Ailə buna deyilir".


Sizin reklam burada
Sizin reklam burada