Ermənistanda müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrdən biri sökülür. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, artıq məsələyə deputatlar da sərt şəkildə reaksiya verirlər. Məsələn, Milli Assambleyanın “Hayastan" fraksiyasının üzvü müxalifətçi deputat Mher Melkonyan Facebook-da paylaşım edərək deyib ki, bu siyasi təxribatdır: “Artik meydanında ucaldılmış 1941-1945-ci illər Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidənin sökülməsi planının pərdəarxası məqamları var. Bu planın hazırlanması tarixi yaddaşımız üçün açıq-aşkar siyasi təhlükədir. Bu abidə tariximizin, qələbəmizin, fədakarlığın rəmzidir.
Biz açıq şəkildə bildiririk ki, heç bir yerli hakim partiya rəsmisinin peşəkar rəy, ictimai müzakirə və qanunla nəzərdə tutulmuş prosedurlar olmadan tarixi irsimizin taleyini həll etmək hüququ yoxdur.
Bu abidə ilə bağlı hər hansı birtərəfli hərəkət, hətta “bərpa” adı altında da yolverilməzdir, həm də təhlükəli presedent və siyasi təxribatdır!".
Tural