Ermənistanda milad ağacını siyasi təqib faktları ilə "bəzədilər" - VİDEO

Ermənistanda milad ağacını siyasi təqib faktları ilə "bəzədilər" - VİDEO
10 Dek 2024 16:00

Ermənistanda maraqlı formada etiraz aksiyası təşkil olunub. "Mamul" nəşrinin yaydığı məlumata görə, bu gün 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü olduğu üçün aksiya keçirilib.

"Beş İnsan Hüquqları Müdafiəçisi Təşəbbüsü" memorialın yanında tədbir keçirib. Onlar əraziyə Milad ağacı qoyublar. Aksiya iştirakçıları ağacı siyasi təqib olunanların başına gələn hadisələrin əks olunduğu zərflərlə "bəzəyiblər". Bunlar Armen Qriqoryan, Armen Aşotyan, Narek Malyan, Edqar Qazaryan, Narek Samsonyandır. Ağacın üzərinə 44 günlük müharibədə öldürülmüş hərbçilərin valideynlərinin şikayətləri olan zərflər də qoyulub",- məqalədə yazılıb.


Tural


Sizin reklam burada
Sizin reklam burada