Ermənistanda daha bir biznesmen həbs edildi

Ermənistanda daha bir biznesmen həbs edildi
11:55

Xəbər verdiyimiz kimi iki gündür ki, Ermənistanda siyasi gərginlik yaşanır. Müxalifət baş nazir Nikol Paşinyanı repressiya və siyasi təqiblərdə günahlandırır, evlərində axtarışlar aparılan siyasətçilər və keşiş Baqrat Srbazanın həbs təhlükəsi altında olduğu deyilir. 


Hakimiyyət isə ölkədə çevriliş planlarının ifşa olunduğunu bəyan edir. Artıq Ermənistan İstintaq Komitəsi həbslər barədə məlumat yayıb. Qeyd edilib ki, Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb.


Səhər saatlarından etibarən 90-dan çox ünvanda axtarış aparılıb. Baqrat artıq 2 aylıq həbs olunub.

Bu gün Ermənistan Milli Cəbhəsi hərəkatı özünün Telegram səhifəsində paylaşım edərək yazıb ki, hakimiyyət iş adamlarından fəalları həbsə atıb: "Biznesmen Tiqran Qalstyan da iki aylıq həbs edilib".

Xatırladaq ki, bir neçə gün öncə "Tashir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan da həbs edilib. O, Kremlə yaxınlğı ilə seçilirdi. 

Tural


Sizin reklam burada
Sizin reklam burada