“Erməni əhalisinin nə cür köçürüləcəyi, Ermənistanın daxili məsələsidir“ - Deputatdan AÇIQLAMA

“Erməni əhalisinin nə cür köçürüləcəyi, Ermənistanın daxili məsələsidir“ -  Deputatdan AÇIQLAMA
20 Apr 2024 11:09

"Qazaxın 4 kəndinin Ermənistan işğalından azad olunması xəbəri Azərbaycan xalqını çox sevindirdi. Azərbaycan işğal altında qalan 8 kəndin də geri qaytarılmasını tələb edirdi".

Deputat Aydın Mirzəzadə bunu News365.az-a müsahibəsində bildirib. 

"Bütün Ermənistanda gedən bu məsələ ilə bağlı fərqli fikirlərə baxmayaraq Azərbaycan buna nail oldu. 4 kənd birbaşa sərhəddimizə bağlı olan kəndlərdir. Vaxtilə ora köçürülən erməni əhalisinin nə cür köçürüləcəyi və problemləri nə cür həll olunacağı, Ermənistanın daxili məsələsidir. Qalan 4 kənd sərhəddimizdən bir qədər aralı olduğu üçün Ermənistanın ərazisi olması ilə bağlı danışıqlar gedir.  Kəndlərimizin azad olunması Cənab Prezidentin uğurlu, daxili-xarici siyasətinin nəticəsidir. Ərazi bütövlüyü məsələsinin itkisisiz, hərbi əməliyyatlarsız həll edilməsinin  göstəricisidir.  Bununla da biz Ermənistanla normal qonşuluq münasibəti qurmaq siyasətimizi addım-addım həyata keçiririk"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər