Ermənistanda daxili siyasi gərginlik artmaqdadır. Revanşistlər sülh prosesinə qarşı çıxır, radikal müxalifətçilər isə hakimiyyəti sərt şəkildə tənqid edirlər. Ermənistan Milli Assambleyasının “Hayastan” fraksiyasının üzvü Mher Melkonyan özünü “Facebook” sosial şəbəkəsində bu mövzuda diqqət çəkən paylaşım edib.
"Mamul" nəşri yazıb ki, o, iqtidarı xəyanətədə ittiham edir: “Ölkəni idarə edən antimilli qruplaşmanın nümayəndələri heç vaxt anlamayıblar ki, bizim suverenliyimiz, ərazi bütövlüyümüz və milli maraqlarımız hər şeydən üstündür. Erməni xalqı Ermənistanın hakim "Vətəndaş müqaviləsi" fraksiyasının xəyanətkar siyasətini və cinayətkar fəaliyyətsizliyini heç vaxt unutmayacaq. Bu ölkə milli maraqlarımızı və ləyaqətimizi hər an qurban verməyə hazır olan bir hökumətin nəzarəti altında yaşamağa davam edə bilməz. Gələcəyimiz o qədər də bərbad olmayacaq”.
Tural