Erkən yaşda hipertoniyanın qarşısını almaq üçün 5 məsləhət

Erkən yaşda hipertoniyanın qarşısını almaq üçün 5 məsləhət
10:53

Bu gün 40 yaşdan aşağı insanlara yüksək qan təzyiqi diaqnozu daha çox qoyulur. Bunu Piroqov Universitetinin Kliniki Tibb İnstitutunun Ambulator terapiya kafedrasının dosenti Dmitri Karpenko "Gazeta"ya açıqlamasında deyib. O bildirib ki, bunun qarşısını almaq üçün beş sadə qaydaya əməl etmək lazımdır.


"Xəstəliyin belə cavanlaşması həyat tərzinin dəyişməsi, stressin geniş yayılması, həddindən artıq çox yemək, fiziki fəaliyyətsizlik, duz və kofeindən sui-istifadə, həmçinin orqanizmin bioloji ritmlərini pozan qadcetlərin geniş yayılması ilə əlaqələndirilir. Böyük şəhərlərin, xüsusən də Moskvanın və digər meqapolislərin sakinlərinin yüksək səviyyədə artan hipertoniyaya diqqət ayırması vacibdir. Xüsusilə xroniki hipertoniyanın qarşısını almaq lazımdır. Stress, oturaq həyat tərzi, ətraf mühitin çirklənməsi, iş rejimi və qrafikinin pozulması, qeyri-kafi yuxu və "fast food"lar ürək-damar sisteminin normal vəziyyətinə təsir edən amillərdir", - həkim qeyd edib.

Bu arzuolunmaz vəziyyətin qarşısını almaq üçün, ilk növbədə, bədən çəkisinə nəzarət etməlisiniz.

"Piylənmə ürək və qan damarlarına yükü artırır, qlükoza və lipid mübadiləsini pozur, aterosklerozun inkişafını sürətləndirir. İkincisi, duz qəbulunu azaltmaq vacibdir. Bununla bağlı norma gündə 5 q duzdur. Bundan çox istifadə etmək olmaz. Bu, təxminən bir çay qaşığıdır. Üçüncü məsləhət isə müntəzəm fiziki aktivlikdir. Sürətli yeriş, üzgüçülük, trenajor velosipedi ilə gündə 30 dəqiqə və həftədə beş dəfə məşğul olmaq lazımdır. Bunlar hipertoniya riskini əhəmiyyətli dərəcədə azaldır. Dördüncü məsləhət gündə ən azı 7-8 saat yatmaqdır. Xroniki yuxu çatışmazlığı qan təzyiqinin tənzimlənməsini pozur və kortizol səviyyəsini artırır. Başqa bir tövsiyə siqareti atmaq və spirtli içki istehlakını məhdudlaşdırmaqdır. Bu amillər qan damarlarının vəziyyətini və neyrohormonal tənzimləməni kəskin şəkildə pisləşdirir",- o qeyd edib.



Tural


Sizin reklam burada
Sizin reklam burada