Ərdoğan: İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir

Ərdoğan: İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir
25 May 2025 21:31

İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir.

News365.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə görüşündə deyib.

O bildirib ki, Türkiyə və Pakistan qarşılıqlı ticarət həcmini beş milyard dollara çatdırmaq üçün addımlar atmağa davam edəcəklər.

Türkiyə lideri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün səy göstərəcəklərini qeyd edib.

Ərdoğan həmçinin Pakistanın Fələstinlə bağlı mövqeyini təqdir etdiyini, Türkiyənin ən qısa zamanda Qəzzaya humanitar yardımların çatdırılması üçün cəhd etdiyini diqqətə çatdırıb.

Liderlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər,

Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Məşfiyyat İdarəsinin rəisi İbrahim Kalın, Prezidentin mətbuat xidməti idarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç və quru qoşunları komandanı Selçuk Bayraktaroğlu da iştirak ediblər.


Sizin reklam burada
Sizin reklam burada