NATO sammiti bəyannaməsində 2026-cı il NATO sammitinin Türkiyədə olacağı açıqlanıb. Türkiyə bundan əvvəl də NATO sammitlərinə ev sahibliyi edib. Sammitin keçiriləcəyi şəhər daha sonra müəyyənləşəcək. Bu arada Ərdoğanla Tramp arasında 45 dəqiqə davam edən görüşdə Ərdoğanın dizi üstə tutduğu ağ zərf sosial mediada maraq mövzusuna çevrilib. Məlum olub ki, zərfdə qeyd kartları olub.