Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Ukraynaya rəsmi səfəri gözlənilir. Hazırda Kiyev bu mühüm ziyarətə hazırlıq görür.
News365.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBK-Ukrayna”ya verdiyi müsahibədə təsdiqləyib.
Diplomatın sözlərinə görə, səfər Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi dəvəti əsasında həyata keçiriləcək.
News365.az