Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik məhkəmə iddiası qaldırdı

Ərdoğan Özgür Özələ qarşı 500 min TL-lik məhkəmə iddiası qaldırdı
16:43

Türkiyə Prezidenti və AKP sədri Rəcəb Tayyib Ərdoğan, CHP sədri Özgür Özələ qarşı 500 min TL məbləğində mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib. Qeyd edək ki, Özgür Özel barəsində ötən gün cinayət işi də başlanılıb.

News365.az xəbər verir ki, CHP sədri Özgür Özelin CHP-li bələdiyyələrə qarşı keçirilən əməliyyatlardan sonra verdiyi açıqlamalar səbəbilə bu addım atılıb. Prezidentin vəkili Hüseyn Aydın məsələ ilə bağlı məlumat yayıb.

Vəkilin açıqlamasında bildirilir:
"CHP Başqanı Özgür Özelin 5 iyul 2025-ci il tarixində Mərkəzi İcra Komitəsi (MYK) toplantısından sonra keçirdiyi mətbuat konfransında cənab Prezidentimizi hədəfə alan əsassız ittihamlar, təhqiramiz ifadələr və təhdid xarakterli sözləri səbəbilə Ankara Asliye Məhkəməsində 500 min TL-lik mənəvi təzminat iddiası qaldırılıb. Həmçinin, 'Prezidentə təhqir' və Türk Cinayət Məcəlləsinin 310/2-ci maddəsi çərçivəsində 'təhdid' ittihamı ilə Ankara Cumhuriyyət Baş Prokurorluğuna cinayət ərizəsi təqdim olunub."


Sizin reklam burada
Sizin reklam burada