Ərdoğan ABŞ və Rusiya prezidentlərini görüşdürəcək

Ərdoğan ABŞ və Rusiya prezidentlərini görüşdürəcək
16:56

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Türkiyəyə getməyə hazırdır.

News365.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Putinlə razılaşarsa, İstanbul və ya Ankarada danışıqlarda iştirak etməyə o da razıdır.

Türkiyə prezidenti belə görüşün tezliklə baş tutmasına çalışacağını bildirib:

"Biz bütün lazımi təmasları edəcəyik və inşallah, bu görüşü ən qısa zamanda keçirəcəyik".

Bundan əvvəl Ərdoğan Ukraynadakı vəziyyətin həlli ilə bağlı məsələnin irəliləməsi üçün bir sıra addımlar atmağı planlaşdırdığını deyib.


Sizin reklam burada
Sizin reklam burada