“El Pais“: Madrid “Patriot“ları NATO-nun təzyiqi ilə Kiyevə verir

“El Pais“:  Madrid “Patriot“ları NATO-nun təzyiqi ilə Kiyevə verir
26 Apr 2024 10:12

İspaniya NATO və Avropa İttifaqının (Aİ) təzyiqi ilə Ukrayna Silahlı Qüvvələrinə “Patriot” raketlərinin verilməsinə razılıq verib.

News365.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur "El Pais" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Müəllif qeyd edib ki, Aİ və Şimali Atlantika Alyansı təkcə Madridən deyil, ümumilikdə “Patriot” hava hücumundan müdafiə sistemlərinə malik Avropa dövlətlərindən “onları Kiyevə tədarük etməyi” tələb edib.

Qeyd edək ki, məşhur “Le Monde” qəzeti də oxşar mövzuda yazı dərc edib. Nəşr Avropa ölkələrinin öz ehtiyatlarından “Patriot” kimi mühüm silahları Ukraynaya göndərmək istəmədiklərini yazıb. Xüsusilə, söhbət Fransa, Böyük Britaniya, Hollandiya və Polşadan gedir. Beləliklə, onlar öz silah potensialını qoruyub saxlamaq niyyətindədirlər.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər