Dubay günəş enerjili tələlər sayəsində ağcaqanadlardan necə xilas olur?

Dubay günəş enerjili tələlər sayəsində ağcaqanadlardan necə xilas olur?
09:11
Dubayda sakinləri ağcaqanadlar və digər zərərvericilərdən qorumaq üçün texnoloji layihə həyata keçirilir. Bu məqsədlə bələdiyyə yaşayış və sənaye zonaları, bazarlar, parklar və ictimai məkanlar da daxil olmaqla şəhərin müxtəlif hissələrində ağıllı tələ quraşdırır.
Layihənin əsas məqsədi yalnız zərərvericilərdən xilas olmaq deyil, onlarla mübarizəni daha effektiv və ekoloji cəhətdən təhlükəsiz şəkildə təşkil etməkdir. Ağcaqanadlar təhlükəli xəstəliklər yaydığı üçün onların sayına nəzarət etmək və populyasiyanın artımı zamanı operativ reaksiya vermək olduqca vacib hesab edilir.
Bu tələlər günəş enerjisi ilə işləyir və fasiləsiz olaraq ağcaqanadların sayı barədə məlumat toplamağa imkan verir. Toplanan informasiya real vaxt rejimində müvafiq şəhər xidmətlərinə ötürülür. Bu isə zərərvericilərə qarşı tədbirlərin daha çevik və məqsədyönlü həyata keçirilməsinə imkan yaradır. Tələlərin tətbiqi pestisidlərdən istifadənin minimuma endirməyə şərait yaradır və ətraf mühitə zərəri azaldır.
Bakı şəhərinin müxtəlif partklarında bu layihənin tətbiqi şəhər sakinləri və turistlərin axşam istirahətlərini daha komfortlu edərdi.
Aqil Məmmədov, ekspert

Sizin reklam burada
Sizin reklam burada