News365.az xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp yenidən qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Tramp öz çıxışında Səudiyyə Ərəbistanının təhlükəsizliyinin ABŞ tərəfindən təmin edildiyini bildirib və Kral Salman bin Əbdüləzizə müraciət edib.
“Biz Səudiyyə Ərəbistanını qoruyuruq. Mən Kral Salmanı sevirəm. Amma ona dedim ki, kral, biz səni qoruyuruq. Biz olmasaq, sən burada iki həftə də otura bilməzsən. Bunun bədəlini ödəməlisən,” – deyə Tramp bildirib.
Bu açıqlama, Trampın Səudiyyə Ərəbistanına olan münasibətinə və ABŞ-Səudiyyə əlaqələrindəki güc balansına dair önəmli mesaj kimi dəyərləndirilir. Trampın sözləri beynəlxalq münasibətlərdə də geniş müzakirə olunur.