Dərədə köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO

Dərədə köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi -  VİDEO
28 Apr 2024 15:29

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Yanıqlı kəndi ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1989-cu il təvəllüdlü Rüstəmov Ceyhun Tofiq oğlu dərinliyi 100 metr olan dərədə köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 


Youtube kanalımız

Oxşar xəbərlər