Deputat atasının ölümündən yazdı: “Böyük təsəllidir”

Deputat atasının ölümündən yazdı: “Böyük təsəllidir”
10:28

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı atası Fəzail Ağamalı ilə bağlı paylaşım edib.

News365.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

“Atam, Azərbaycan siyasətində və ictimai həyatında özünəməxsus yeri olan Fəzail Ağamalının vəfatı ilə bağlı ünvanladığınız başsağlığı mesajları, zəngləriniz, ziyarətləriniz ailəmiz üçün böyük təsəllidir. Hər birinizə minnətdarlığımızı ifadə edirik. Görkəmli, ictimai-siyasi xadim Fəzail Ağamalı ilə vida mərasimi 10 Fevral saat 12:00 da Heydər Məscidinin qarşında baş tutacaqdır.Dəfndən sonra Heydər Məscidində hüzr mərasimi təşkil olunacaqdır. Mərhumun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcək”.

Qeyd edək ki, Ana Vətən Partiyasının keçmiş sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı fevralın 9-da Türkiyədə vəfat edib.



Sizin reklam burada
Sizin reklam burada