Hindistanın Utar-Pradeş ştatında sərnişin avtobusunun qəza törətməsi nəticədə azı 18 nəfər ölüb, 34 sərnişin xəsarət alıb.
Məlumata görə, paytaxt Nyu-Delhiyə hərəkət edən sərnişin avtobusu süd çənləri daşıyan yük maşınına çırpılıb.
İlkin versiyaya görə, qəzaya səbəb sərnişin avtobusunun yüksək sürətlə hərəkət etməsi olub.