Britaniya taxt-tacının varisinin həyat yoldaşı, Uels şahzadəsi Keyt Middlton barədə diqqət çəkən məlumat yayılıb. "The Daily Mail"in yaydığı məlumata görə, sən demə şahzadə cəmiyyətə onun xərçənglə mübarizə aparması elan ediləndən əvvəl də uzun müddət xəstəliklə mübarizə aparıbmış.
2024-cü ilin yanvarında şahzadə əməliyyat olunub və uzun müddət ictimaiyyət qarşısına çıxmayıb. Sonradan məlum olub ki, ona xərçəng diaqnozu qoyulub. Sentyabr ayında monarx ailəsinin üzvü müalicənin başa çatdığını elan etdi və yenidən rəsmi tədbirlərdə görünməyə başladı.
Qəzetin mənbəsinin sözlərinə görə, şahzadə Uilyamın həyat yoldaşının səhhəti əməliyyatdan əvvəl də ciddi şəkildə pisləşibmiş. Daha sonra o, aylarla kimyaterapiyadan keçib. Dərman qəbulunu asanlaşdırmaq üçün şahzadənin sinəsinə port sistemi implantasiya olunub.
"Daily Mail" yazır: "Bu, ümumiyyətlə belə bir ağır xəstəliyin ağırlaşmasından sonra bərpa haqqında danışa biləcəyimiz bir möcüzədir".
Tural