Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin diqqət çəkən açıqlamalar verib. O, Yeni il müraciətində bildirib ki, Britaniya hökumətinin qarşıdurma kursuna baxmayaraq, getdikcə daha çox Britaniya sakini Rusiya ilə əlaqələrin bərpasına tərəfdardır.
"Burada Rusiyanın düşmən və zəhərli imicinin yaradılmasına baxmayaraq, getdikcə daha çox Britaniya sakini ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bərpasının tərəfdarıdır və Britaniya hakimiyyətinin çıxılmaz qarşıdurma kursuna qarşıdır", - diplomat bildirib.
O, əlavə edib ki, xaricdəki rus icması “indiki çətin şəraitə” baxmayaraq, adət-ənənələri diqqətlə qorumağa və rus mədəniyyətini və dilini təbliğ etməyə davam edir.
Tural