ABŞ-ın keçmiş prezidenti Co Baydenin xərçəng xəstəsi olduğu öyrənilib.
ABŞ-ın keçmiş prezidenti Co Baydenə sümüklərə metastaz vermiş (yayılmış) "aqressiv prostat xərçəngi" diaqnozu qoyulub, Baydenin ofisindən verilən açıqlamada deyilir.
Açıqlamada deyilir ki, 82 yaşlı Bayden cümə günü sidik ifrazı simptomları hiss etdikdən sonra prostat xərçəngi diaqnozu qoyulub. Bayden və ailəsinin həkimlərlə müalicə variantlarını nəzərdən keçirdiyi də bildirilib.
"Bu, xəstəliyin daha aqressiv formasını təmsil etsə də, xərçəng hormonlara həssas görünür. Bu, effektiv müalicəni idarə etməyə imkan verir", - deyə məlumatda əlavə edilib.
Co Bayden 2021-2025-ci illər arasında ABŞ prezidenti vəzifəsində çalışıb və səlahiyyət müddəti ərzində onun sağlamlıq vəziyyəti zaman-zaman ictimaiyyətin gündəmində olub.
Digər tərəfdən, Bayden 2020-ci il seçkilərində seçilərkən prezidentliyi qazanan ən yaşlı şəxs kimi tarixə düşüb.
Lakin son seçkidə 78 yaşlı Donald Tramp Kamala Harrisi keçərək bu rekordu yeniləyib.