Çiyələk mövsümü başlayıb: Nələrə diqqət etməliyik?

Çiyələk mövsümü başlayıb: Nələrə diqqət etməliyik?
11:55

Artıq bir çoxlarının sevimli meyvəsi olan çiyələk mövsümü başlayıb. Çiyələyin faydalı xüsusiyyətlərinə baxmayaraq, o ən çox yayılmış allergenlərdən biri sayılır. Məşhur dietoloq Yekaterina Quzman çiyələk haqqında maraqlı fikirlərini bölüşüb.

O qeyd edib ki, bu meyvə təkcə allergend eyil, həmçinin mədə-bağırsaq traktında və böyrəklərdə problemlər yarada bilər.

"Çiyələk sağlamlığımıza xeyli faydalar gətirə bilən dadlı və sağlam giləmeyvədir. Bununla belə, onun mümkün əks göstərişlərini də unutmaq olmaz. Çiyələk ən çox yayılmış allergenlərdən biri sayılır. Ağcaqayın poleninə alergiyası olan insanlar ən çox çiyələk və ya digər bu kimi meyvələri yeyərkən allergik reaksiya ilə qarşılaşırlar. Çiyələk həmçinin mədə və bağırsağın selikli qişasını da qıcıqlandıra bilər. Ona görə də qastrit, ondan mədə xorası və digər mədə-bağırsaq xəstəlikləri olan insanlar tərəfindən ehtiyatla istehlak edilməlidir", - mütəxəssis qeyd edib.

Bundan əlavə, tərkibindəki üzvi turşular mədə şirəsinin turşuluğunu artıra bilər. Mədə turşuluğu yüksək olan insanlara çiyələyi normada istehlak etmələri məsləhət görülür: "Bu sevimli yaz bitkisində xəstəliyə meylli insanlarda böyrək daşlarının meydana gəlməsinə kömək edə bilən oksalatlar da var".

Həkim çiyələyi yeməzdən əvvəl onun yaşıl gövdələrini qoparmağı və yaxşıca suda yumağı məsləhət görür. Çünki giləmeyvələri tez-tez çirkləndirən pestisidlərin əksəriyyəti gövdələrdə toplanır.

Tural


Sizin reklam burada
Sizin reklam burada