Çin XİN-i Kerç boğazı altında tunel tikmək planlarını təkzib etdi

Çin XİN-i Kerç boğazı altında tunel tikmək planlarını təkzib etdi
27 Noy 2023 17:24

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi dövlətə məxsus ölkə şirkətinin Kerç boğazı altında sualtı tunel tikmək planları barədə xəbərləri əsassız adlandırıb. 

News365.az xəbər verir ki, bu barədə brifinqdə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.

"Bu məlumatın heç bir əsası yoxdur və mən bunu şərh edə bilmərəm", deyə Van Venbin bildirib. 

"Washington Post” (WP) Ukraynanın xüsusi xidmət orqanlarından əldə etdiyi məlumatlara istinadən noyabrın 24-də yazıb ki, rusiyalı və çinli iş adamları Krımı Krasnodar diyarı ilə birləşdirəcək tunelin tikintisi ilə bağlı danışıqlar aparıblar.

WP qəzeti yazıb ki, Çinin dövlət infrastruktur tikintisi şirkəti CRCC danışıqlarda iştirak edib və böyük ehtimalla konsorsiumun rəhbəri vəzifəsinə biznesmen Vladimir Kalyujnı təyin edilib. 


Sizin reklam burada
Sizin reklam burada