Ceyhun Bayramovdan VACİB AÇIQLAMA: "Müqavilənin 17 maddəsindən..."

Ceyhun Bayramovdan VACİB AÇIQLAMA: "Müqavilənin 17 maddəsindən..."
12 Dek 2024 14:30

"Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistan Konstitusiya Məhkəməsinin bu yaxınlardakı qərarı bu işi daha da mürəkkəbləşdirib.

Çünki Konstitusiyanın prembulasında Ermənistan müstəqillik əldə edəndən sonra olan sənədə istinad var ki, orada Azərbaycana ərazi iddiaları var”.

News365.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir əlavə edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir, Araz körpüsünün tikintisi davam edir./Musavat



Sizin reklam burada
Sizin reklam burada