Aprelin 28-də Cənubi Koreyanın Tequ şəhərində güclü külək meşə yanğınına səbəb olub. Yanğın təhlükəsinə görə ərazidəki magistral yol bağlanıb. Bundan sonra 1200-dən çox sakin ərazidən təxliyə olunub.
News365.az xəbər verir ki, meşə yanğını gündüz vaxtı başlayıb və iki saat davam edib. Yanğın 50 hektara yaxın ərazini əhatə edib.
Paytaxt Seuldan təqribən 233 km cənub-şərqdə yerləşən Tequ bölgəsində baş verən yanğın nəticəsində ölən və yaralananlar barədə hələ məlumat verilmir.
“Röyters” hadisə yerinə 26 helikopter və 202 yanğınsöndürən göndərildiyini bildirib.