Cəlilabadda dağlıq ərazidə yanğının söndürülməsinə helikopterlər cəlb olunub

Cəlilabadda dağlıq ərazidə yanğının söndürülməsinə helikopterlər cəlb olunub
15 İyl 2025 19:20

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir


Sizin reklam burada
Sizin reklam burada