“Canlı Barbi”nin meyiti ekshumasiya olundu

“Canlı Barbi”nin meyiti ekshumasiya olundu
17:35

Sosial mediada “Canlı Barbi” kimi tanınan braziliyalı influenser Barbara Yankavskinin cəsədi təkrar ekspertiza aparılması üçün ekshumasiya olunub.

News365.az “People” nəşrinə xəbər verir ki, məhkəmə bu barədə qərarı ailəsi Barbaranın ölümünün zorakı xarakter daşıya biləcəyi barədə bəyanatlar səsləndirdikdən sonra qəbul edib.

Məlumata görə, Yankavskinin cəsədi yarılması üçün San-Pauluda dəfn olunduğu yerdən çıxarılıb.

31 yaşlı influenserin qohumları iddia edir ki, onun bədənində boğulma əlamətləri olub. Onlar bədbəxt hadisə versiyasının səhv ola biləcəyini iddia edirlər.

Qohumlar hadisə yerində olan digər şəxslərin yoxlanılmamasından, telefonların ekspertiza üçün götürülməməsindən, həmçinin dərhal DNT analizinin keçirilməməsindən narazıdırlar. 

Xatırladaq ki, Barbara Yankavski ötən il noyabrın 2-də San Pauloda, 51 yaşlı dövlət müdafiəçisi Renato Kampos Pintu de Vittunun evində ölü tapılıb. Polis əvvəlcə ölüm səbəbinin kokain istifadəsindən yaranan ürək tutması olduğu qənaətinə gəlib. Lakin sonradan qətl versiya üzrə araşdırmalara başlanılıb. Baş verənlərdən sonra Renato Kampos Pintu de Vittu posttravmatik stres pozğunluğunu əsas gətirərək tibbi məzuniyyət götürüb. (“Qafqazinfo” )




Sizin reklam burada
Sizin reklam burada