“Hazırda daxil olan müraciətlərin bir hissəsi çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək fəaliyyəti ilə bağlıdır”.
News365.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli Təhsil TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə həyata keçirilir.
Şöbə müdiri vurğulayıb ki, həmin əmrin tələblərinə uyğun olaraq çalışmanın yaş həddinə tədris ili ərzində çatmış müəllimlərlə bağlanmış əmək müqavilələri qanunvericiliyin tələbləri gözlənilməklə tədris ilinin sonunadək uzadılmalıdır və proses bu qaydada həyata keçirilir. (Redaktor.az)