Burak Özçivitin sərvəti... - Şok rəqəm

Burak Özçivitin sərvəti... - Şok rəqəm
14:14

Türkiyəli aktyor Burak Özçivit sərvəti ilə gündəmə gəlib.

News365.az xəbər verir ki, rol aldığı layihələr və reklamlardan böyük gəlir əldə edən aktyorun sərvətinin 1 milyard lirəni (təxminən 39 milyon manat) keçdiyi bildirilib.

Daşınmaz əmlaka investisiya edən Burakın Əbu-Dabidə 11 otaqlı lüks malikanə aldığı, Dubayda üç mənzilə sahib olduğu iddia edilib. Digər bir məlumata görə isə o, İstanbulun Eyüp səmtində də mənzillər almağa başlayıb.

Qeyd edək ki, aktrisa Fahriyə Evcənlə evli olan Burakın iki oğlu var. O, son olaraq bölüm başına 3 milyon lirə aldığı "Kuruluş Osman" serialında çəkilib.


Sizin reklam burada
Sizin reklam burada