Bu rayonlarda leysan olacaq, dolu düşəcək – ƏBƏRDARLIQ

Bu rayonlarda leysan olacaq, dolu düşəcək – ƏBƏRDARLIQ
21 İyl 2024 14:40

İyulun 22-23-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 


Sizin reklam burada
Sizin reklam burada