Bu rayonda yaşayanların NƏZƏRİNƏ

Bu rayonda yaşayanların NƏZƏRİNƏ
15:13

Qəbələ rayonu Nohurqışlaq kəndinin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

News365.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Zaqatala Regional Qaz İstismar İdarəsinin (RQİİ) Qəbələ xidmət sahəsində Qəbələ rayonu Nohurqışlaq kəndi ünvanında yerləşən abonent Elvin Elcin oğlu Namazlıya məxsus torpaq sahəsinin qarşısından keçən D-57 mm-lik aşağıtəzyiqli yerüstü qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.08.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək 912 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


Sizin reklam burada
Sizin reklam burada