Bu ilin yanvar - iyun ayları ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi 166 aptekdə yoxlama keçirib.
News365.az xəbər verir ki, yoxlanılan apteklərdən 43-də nöqsanlar aşkarlanıb.
2025-ci ilin birinci yarımilində apteklərdə keçirilən yoxlamalardan 76-sı Bakıda, 90-ı isə respublikanın digər şəhər və rayonlarında baş tutub.
Sözügedən dövr ərzində 20 aptekdə plandan kənar, 4-ündə isə yoxlamadan kənar yoxlamalar aparılıb. Apteklərin 159-da isə planlı yoxlamalar həyata keçirilib (bəzi apteklərdə həm plandan kənar, həm də planlı yoxlamalar keçirilib - red.).
Qeyd edək ki, bu ilin birinci yarımilində ən çox apteklərin yoxlanıldığı dövr 2025-ci ilin aprel ayı olub. Belə ki, Bakı şəhəri üzrə 13, respublikanın digər şəhər və rayonlarında isə 45 aptek olmaqla ümumilikdə 58 aptek təftiş olunub. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb.