Britaniyada yanacaq satışı məhdudlaşdırılır

Britaniyada yanacaq satışı məhdudlaşdırılır
09:16

Böyük Britaniyada Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda kənd təsərrüfatı texnikası sahibləri üçün yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.

News365.az xəbər verir ki, bu barədə "Deyli Telegraf" nəşri məlumat yayıb.

Məlumata görə, İngiltərənin Esseks qraflığında, eləcə də Şotlandiyanın bir sıra rayonlarında topdansatış distribütorları qırmızı dizel yanacağının həcminə limitlər müəyyən ediblər.

"Biz resursların normalaşdırılmış paylanmasını müşahidə edirik. Topdansatış distribütorları maksimum sayda müraciət edəni yanacaqla təmin etmək üçün sifarişlərin həcmini azaltmaq məcburiyyətində qalıblar. Bir təsərrüfata 10 min litr çatdırmaq əvəzinə, onlar müxtəlif fermerlər arasında hər birinə 2 min litr olmaqla bölüşdürməyə məcburdurlar", - "Anglia Farmers" təşkilatının nümayəndəsi Patrik Krexan qeyd edib.

Davam edən gərginlik fonunda İran hakimiyyəti Hörmüz boğazının ABŞ və İsrail, eləcə də onlarla əlaqəli gəmilər üçün bağlandığını açıqlayıb.


Sizin reklam burada
Sizin reklam burada