ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri
Andrey Sibiqa ilə tezliklə görüşə ümid etdiyini bildirib. Amerikalı diplomat
bununla bağlı özünün X-dəki səhifəsində paylaşım edib.
"Mən yaxın həftələrdə onunla şəxsən görüşməyi səbirsizliklə
gözləyirəm",- Blinken yazıb.
ABŞ dövlət katibi Sibiqanı çoxdankı tərəfdaşı adlandırıb və sələfi
Dmitri Kulebanın əsasını qoyduğu müsbət fəaliyyəti və sıx əməkdaşlığı davam
etdirəcəklərinə əminlik ifadə edib.
Sibiqa da öz növbəsində Blinkenlə telefonla danışdığını bildirib.
Onun sözlərinə görə, onlar Vaşinqtonun Kiyevə hərbi yardım göndərilməsini
sürətləndirmək, Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu”nu təbliğ
etmək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək yollarını müzakirə ediblər.
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, o, həm də
amerikalı həmkarı ilə sıx əməkdaşlığa başlamağı səbirsizliklə gözləyir.
Tural