"Birləşmiş Ştatlar Yaxın Şərqi nəzarətə götürüb. İrana isə diqtə edə bilmir"
Bu sözləri News365-in qonağı olan Şair Ramaldanov deyib. O qeyd edib ki, Ukrayna-Rusiya müharibəsi nəticəsində ABŞ-nin əlinə öz təsir dairəsini genişləndirmək baxımından tarixi şans düşüb. Hərbi ekspert əlavə olaraq qeyd edib:
“Birləşmiş Ştatlar demək olar ki, Yaxın Şərqi tam nəzarətə götürüb. İrana isə diqtə edə bilmir. Regionda maraqları olan digər güclü dövlət Rusiyanın başının Ukrayna müharibəsinə qarışması ABŞ üçün İranı da öz təsir dairəsinə salmaq baxımından əlverişli şərait yaradıb. Rəsmi Vaşinqton bu tarixi şansı əldən çıxarmaq istəmir. Hazırda heç kim onlara öz strateji maraq çərçivələrini genişləndirməkdə mane ola bilməz. Düşünürəm ki, bu Trampın yox, ABŞ-nin siyasətidir. Hakimiyyətdə başqa bir adam da olsa bu və ya digər yolla yenə eyni hal yaşanacaqdı. ABŞ-nin hədəfləri məlumdur. İran buna necə reaksiya verəcək? bunu proqnazlışdırmaq olmur”.