Bəzi ixtisaslar tamamilə ləğv olunub - Ballar ARTACAQ

Bəzi ixtisaslar tamamilə ləğv olunub - Ballar ARTACAQ
30 İyl 2025 15:18

Təhsil üzrə ekspert Kamran Əsədov bu il ali təhsil müəssisələrində pedaqoji ixtisaslarla bağlı baş verən dəyişikliklərlə bağlı abituriyentlərə mühüm xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, 2024/2025-ci tədris ili üçün müəllimlik ixtisaslarının sayı əhəmiyyətli dərəcədə azaldılıb.

News365.az xəbər verir ki, o bu haqda şəxsi "Facebook" hesabında bildirib.

K.Əsədovun sözlərinə görə, bu il bir çox universitetdə bəzi pedaqoji ixtisaslar tamamilə ləğv olunub və qəbul plan yerlərində ciddi azalma müşahidə olunur.

“Bu il ali təhsil müəssisələrində bütün ixtisas qrupları üzrə pedaqoji, yəni müəllimlik ixtisaslarının sayı kəskin şəkildə azaldılıb. Hətta bəzi universitetlərdə bəzi müəllimlik ixtisasları tamamilə ləğv olunub. Ona görə də abituriyentlər ixtisas seçimi zamanı çox diqqətli olmalıdırlar,” - deyə ekspert qeyd edib.

O əlavə edib ki, bu azalma, keçid ballarına da birbaşa təsir göstərəcək və nəticədə müəllimlik ixtisaslarında ciddi artım müşahidə olunacaq:

“2024-cü ilin ballarına əsaslanaraq seçim edərkən unutmayın ki, bu il pedaqoji ixtisasların keçid ballarında ciddi artım gözlənilir.”

Qeyd edək ki, ixtisas seçimi mərhələsində bu tip dəyişikliklər abituriyentlərin qərarlarını birbaşa təsir edir və namizədlər seçimlərini edərkən plan yerlərinin azaldılması və keçid ballarındakı dəyişiklikləri nəzərə almalıdırlar.


Sizin reklam burada
Sizin reklam burada