Çox vacib üç xal qazandıq. Oyunda xarakter və mübarizə çox vacib idi. İlk hissədə “Şamaxı” bizdən daha istəkli görünürdü. Fasilədən sonra isə biz daha yaxşı idik. Qələbə qazanmağımız çox önəmli idi. “Şamaxı” kimi komandanı formalaşdırdığı üçün Ayxan Abbasovu da təbrik edirəm.
News365.az Teleqraf-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində səfərdə “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Bu heyət son matçı buraxmışdı. “İmişli” ilə oyunda da dəyişikliklər mümkündür. Bəzi futbolçulardan narazılığım var. Bəzi nüanslar var ki, özlərini sübut etməlidirlər. Hələ bir neçə gün var. Fərqli yanaşa da bilərik. Ola bilsin oyun zamanı fərqli seçimlər edək. İnanıram ki, sonda doğrusunu deyəcəyik” - Qurbanov əlavə edib.